30 Noyabr 2018-ci il tarixində “AZƏRİTTİFAQ”ın tabeliyində olan Bakı Biznes və Koopersiya Kollecində “Maliyyə işi”, “Bank işi və “sığorta işi” ixtisasları üzrə təhsil alan tələbələr üçün “Bank Məhsulları və Bank Xidmətləri” mövzusunda seminar keçirilmişdir.

Seminarı kollecimizin müəlliməsi- iqtisad zürə fəlsəfə doktoru Aytən Zeynalova açıq elan edərək , qonağımız olan İnternational Bank olmayan Kredit Təşkilatının Müşahidə Şurasının müşaviri ,Əmrah Bank ASC-nin Strateji Planlaşdırmalar Şöbəsinin müdiri R.Z.Bayramovu və tələbələrimizı salamladı.

R.Z.Bayramov seminarda ölkəmizdə bank sektorunun durumu haqqında danışıb və bank fəaliyyətinin həyata keçirilməsi üçün bank və bank olmayan kredit təşkilatları tərəfindən təqdim edilən bank məhsulları və bank xidmətləri , onların forma və növləri haqqında kifayət qədər geniş məlumat vermişdir.

Seminarın sonunda R.Z.Bayramov tələbələri maraqlandıran sualları cavablandırıb , tələbələrlə xatirə şəkli çəkdirmişdir.